Bakıda polisi maşınla vurub sürüdülər [video]

0
845

Sürücü artıq tutulub.

Bakının mərkəzində avtomobil DYP əməkdaşını vurduqdan sonra hadisə yerindən qaçıb.

Oxu.Az xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində, Bakı Caz Mərkəzinin qarşısında baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, ötən gün səhər saatlarında Rəşid Behbudov küçəsində Dövlət Yol Polisi avtomobilinin təqibindən qaçan 90 VT 023 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil yol polisini vurub, onu bir neçə metr sürükləyib.

Məlumata görə, DYP əməkdaşı “Lada Priora” markalı avtomobilin sürücüsünü yol qaydalarını pozduğu üçün saxlamaq istəyib. Sürücü yol polisinin “saxla” əmrinə tabe olmayaraq, avtomobili onun üstünə sürüb və kapotun üstündə sürükləyib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov Oxu.Az-a bildirib ki, həyata keçirilən əməliyyat nəticəsində DYP əməkdaşını vuran sürücü artıq tutulub.

Onun barəsində cinayət işi qaldırılıb. Saxlanılan avtomobildə sürücü də daxil olmaqla 5 nəfər – iki oğlan, üç qız olub.

Ciddi xəsarət alan DYP əməkdaşı isə xəstəxanaya yerləşdirilib.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here