Bakıda qəbir daşlarından yol çəkilib [video]

0
748

qebir dasiŞəkillər qəsəbə sakinlərini qorxuya salır.

O dünyaya köçəndə də halallıq alıb köçürlər. Amma sonradan elə bir hadisə baş verə bilər ki, gəl görəsən. Qəbr əzabı eşitmişdik, qəbir daşlarına əzab verilməsi və onu adi daş parçaları kimi yol əvəzi yerə döşənməsini ilk dəfədir görürük.

Moruq.Net ANS PRESS-ə istinadən xəbər verir ki, Rəsulzadə qəsəbəsi 1-ci Baksol yaşayış massivində yaşayan sakinlər artıq bir neçə gündür vahimə içindədirlər.

Onları qorxuya salan daimi istifadə etdikləri yola qəbir daşlarının tökülməsidir. Açığı yol kənarındakı qəbir daşlarını görüb vahimələnməmək, mümkün deyil. Üzərindəki yazıları oxumaq çətin olsa da amma şəkillər çox şey deyirdi. Daşlardan birinin üzərində qadın və kişi şəkli əks olunmuşduki bu da onların bir ailənin üzvü olmasından xəbər verirdi. Digər bir məzar daşının üzərində orta yaşlı kişi şəkli var idi. Qəsəbə sakinləri yola tökülən daşların məzar daşı olmasından iki gün olar xəbər tutublar.

Deyilənə görə bir ay bundan əvvəl massivə su xətti çəkilib. Sonra əraziyə təmir məqsədilə iri daşlar tökülüb. Yağışın yağması nəticəsində daşların üzəri yuyulub. Daşların məzar daşı olması isə bundan sonra məlum olub.

Binəqədi Rayon İcra Hakimiyyətindən bildirdilərki məzar daşları icra hakimiyyəti tərəfindən tökülməyib. Başdaşların kim tərəfindən, haradan gətirilib əraziyə tökülməsi sabah aydınlaşdırılacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here