Bakıda qar yolları iflic etdi [video]

0
461

Bakıya yağan güclü qar həmişəki kimi böyük fəsadlar yaradıb. ANS PRESS-in nməlumatına görə, gecədən başlayaraq yol qəzalarının sayı durmadan artır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, çağırışların 50 faizdən çoxu yol qəzaları ilə bağlıdır.

Bu saatlara qədər yolda qalan sürücülər mənzilə çatmaq üçün çalışırlar. Kimi avtomobilini itələyir, kimi isə maşını yavaşca idarə edərək, qəzadan qorunmağa çalışır. Bəzi sürücülər isə, avtomobili bir kənarda saxlayaraq, maşında gecələməyi daha üstün tuturlar.

Qeyd edək ki, Bakının Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarında yolların buz bağlaması eniş və yoxuşlarda avtomobillərin hərəkətini mümkünsüz edib. Paytaxt yollarında eləcə də körpü və tunellərdə uzun tıxaclar meydana gəlib. Yolların buz bağlaması qəzaların sayını da artırıb.

Buzlanma səbəbindən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Yolda qalan sürücülər geriyə – şəhərə doğru qayıtmağa məcbur olublar.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN