Bakıda yol polisini sürüyən şəxs: Şeytan yoldan çıxarıb [video]

1
737

“Qorxdum…”.

Ötən gün Bakının Nəsimi rayonunda polisi vurub qaçan sürücü yaxalanıb. Rəşid Behbudov küçəsində yol polisinə tabe olmayan, polisi avtomobili ilə vurub bir neçə metr sürüyən sürücünün Ağsu sakini, 25 yaşlı Cavid Həsənov olması müəyyənləşib.

Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, hadisəni idarə etdiyi i 90 VT 023 dövlət nömrə nişanlı “Lada Priora” markalı maşınla törədən sürücü qorxduğunu deyib:

“Rəşid Behbudov küçəsinə çıxdım. Bu zaman yol polisi məni saxladı. Bundan əvvəl, başqa bir polis əməkdaşı “saxla” demişdi, saxlamamışdım. Sənəd istəyəndə, zəng etmək üçün telefonu götürdüm, dedi “qapını aç” açmadım. Bir az bankla bağlı problemim vardı deyə qorxdum. Bundan sonra polis maşına yumruq atdı. Mən də maşını sürüb qaçdım. Məqsədim qaçmaq idi, onu vurmaq yox”.

Polis əməkdaşı maşının kapotunda sürükləndikdən sonra yerə düşüb. Cavid Həsənov isə ona yardım etmək əvəzinə, ərazidən sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, qeyd edilən ərazidə yaradılan süni sıxlıq zamanı həmin sürücüyə məcburi “dayan” əmri verilib:

“Lakin sürücü buna məhəl qoymadan polis əməkdaşını maşının ön hissəsinin üzərində bir neçə metr apardıqdan sonra yerə atıb. Həmin yol polisi əməkdaşı kəllə-beyin travması və sümüyünün sınması diaqnozu ilə tibbi müalicə alır”.

Cavid Həsənov isə hadisəni törədən vaxt spirtli içki qəbul etmədiyini deyir:

“Çox peşmanam. Cavanam yəqin ki, şeytan yoldan çıxarıb”.

Faktla bağlı araşdırma aparılır.

1 ŞƏRH

  1. Cavansan men de cavanam. Ay camaat, men artiq bu cavanlara ne deyim. Ozum de cavanam. Hamiya arzu edirem evine pul qazanib aparsin inshallar. Ama bu bezi cavanlar ise cavanliq yox vaxtlarini bosh bosh sheyler pis verdihslernen basha vurur. Oz bashima gelib. Mashinimi vurub qachir. Sonra tapilandan sonra deyir men cavan sen cavan, basha dush de meni. Deyirem a kishi, men niye senin kimi elemirem? Ele direshib men cavan sen cavan basha dushde meni. Sonra deyir men oglanam. Deyirem he oglansan. Gel hell eleyek bu qeder xerci var. Deyir pulum yoxduye qadasi. Yaxshi pulun yoxdu basha dushduk. Chalisharsan qazanarsan. Yaxshi Icbari sigorta elemek belemi qelizdi. Neye inanib yola chixirsan? Ve deyirsen men oglanam. Oglan bele hereket elemez. Hele davami var. Etrafinda qaqashlari yigib gelir sabahsi meseleni hell elemeye. Tokub butun tanishari. Heresinin ustunde bir bichaq. Imkan olsa bunlar tanknan geler ustune adamin. Men de tek geldim, chun ki, ish polisdeydi. Hem de ozune cuvenmeyenin neyinden qorxacam. Sonra deyir qaqash bizi hami taniyir, bes biz “X bir rayon”-un palajeniyasina baxiriq. Men de dedim siz palajeniyaya baxirsiz, men de TV-ye baxiram her axsham. Here bir sheye baxir. Ne problem var.

    Nese cavanlarimiz, mohkem olun )))

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here