Bakının sərnişin avtobusunda tərbiyəsizlik [video]

0
2495

Bakinin sernisin avtobusunda terbiyesizlik ViDEO

Dünən metronun “Gənclik” stansiyasından Binəqədi kəndi istiqamətində işləyən 133 saylı sərnişin avtobusunda vur-çatlasın olub. Təxminən saat 19:30-20:00 radələrində 133 saylı avtobusun sürücüsünün – cavan oğlanın – avtobusu yüksək sürətlə idarə etməsi sərnişinlərin etirazına səbəb olub. Sürücü isə buna məhəl qoymayaraq dava düşənə kimi yoluna davam edib.

Binəqədi kəndi ərazisində vəziyyət daha da qəlizləşib və qadın sərnişinlər israrla sürücüyə avtobusu saxlamağı tələb ediblər. Uzun mübahisədən sonra sürücü onlarla razılaşmalı olub, sonra qadınlar avtobusu tərk ediblər. Avtobusun yarısı boşalsa da, bir neçə kişi düşmək istəməyib. Bu isə qadınları daha da qəzəbləndirib, kişilərlə davaya başlayıblar. Bir-birinə küçə söyüşləri söyüblər.

Hadisə baş verən sərnişin avtobusunun sahibkarı “Çinar-Trans” MMC-nin rəhbəri Etibar Manafov açıqlamasında bildirib ki, həmin avtobusun sürücüsü müəyyən edilərək işdən qovulacaq.

Həmin hadisənin görüntülərini oxuculara təqdim edirik…

(milli.az)

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here