“Diz çök! De ki, mən meymunam!” – [Video]

0
814

davaaa

Rusiyada qafqazlılar rusları döydülər.

“Diz çök!” – azərbaycanlı rus oğlanın üstünə qışqırır, dostları onları dövrəyə alıblar.

Rus tabe olur və yeni əmr gəlir: “De ki, mən meymunam!”, qırmızı gödəkçəkli oğlan tələb edir. Rus oğlan razılaşır: “Mən meymunam”. Və elə bu zaman kimsə təpiklə onun çənəsindən vurur və oğlan yerə yıxılır. Onu dövrəyə alanlar yalandan özünü huşunu itirmiş kimi göstərməməyə çağırır, qırmızı gödəkçəli oğlan isə yenə kimdənsə diz çökməyi tələb edir.

Moruq.Net Rusiya mətbuatına istinadən xəbər verir ki, ruslar və qafqazlılar arasında Nijni Taqil şəhərinin 6 saylı məktəbinin ərazisində baş vermiş davanın videosu hələ bir həftə əvvəl sosial şəbəkələrdə yerləşdirilib.

Videodan görünür ki, davada eyni sayda adam iştirak edir, onların sayı təxminən on nəfərdir (hər tərəfdən). Qafqazlılar rəqiblərini tez bir zamanda döyüb yerə yıxırlar, bu zaman onlar yerdəki yeniyetmələri təpikləməkdə davam edirlər. “VKontakte” sosial şəbəkəsinin şərhçilərinin yazdıqlarına görə, davaya taqillilərin qafqazlıları təhqir etməsi səbəb olub və onlar bunun üçün rusları “razborkaya” çağırıblar.

Davanın milli münaqişə səbəbindən baş verməsini anonimlik şərti ilə “Mejdu strok” Xəbərlər Agentliyinin jurnalisti ilə söhbətə razılıq vermiş iştirakçılardan biri də təsdiqləyib.

“Şərt belə idi ki, heç kim heç kimi yerə yıxılanda vurmur, lakin onlar şərti pozdular. Bundan başqa, onların tərəfindən gələnlər hamısı yaşca böyük olsa da, bizim uşaqların ən böyüyünün yaşı 17-yə çatırdı. Onların hamısı idmançılardır, biz bunu bilirdik, amma qorxmadıq. Lakin çox xoşagəlməz haldır ki, hər şey belə başa çatdı və video İnternetə düşdü”.

Öz növbəsində “Mejdu strok” Xəbərlər Agentliyi dava edən idmançıları tanıyıb – bunlar taekvondo üzrə Avropa mükafatçıları Tahir Məmmədov və Şamil Ədilovdur. Qırmızı gödəkçəli oğlan Ədilovdur. O, yerə yıxdığı gəncin üstünə qışqırır: “De ki, mən xaçam! De mənə bunu! Bir də “Vkontakte”də yazacaqsınız?!”.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here