H.Əliyev prospektində sökülən bina yola aşdı – ölənlər var [yeniləndi+foto+video]

0
681

bina uçdu

İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər də qalıb.

Yeniləndi: Moruq.Net Oxu.az-a istinadən xəbər ki, Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, bunlar Bakı sakinləri – 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.

Bina uçan zaman həmin şəxslər yaxınlıqda dayanan “Mitsubishi Pajero” markalı avtomobildə olublar. Avtomobilin sürücüsü C.Bayramlı olub.

[divider]

Bu saatlarda Bakıda ciddi qəza baş verib.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, “Nəriman Nərimanov” metro stansiyasına yaxın ərazidə sökülən bina uçub.

Əslində, bina həyətə doğru uçurulmalıymış. Ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu deyilir. Uçqunun altında qalanlar var.

Son məlumatlara görə artıq 2 nəfərin cəsədi avtomobillərdən çıxardılıb. Ölənlərin sayının artacağı ehtimal olunur.

Bu barədə FHN-nin xilasediciləri xəbər veriblər.

bina ucdu2bina ucduMaskovski prospekt 0679da021e75 31129_src 76112d520f61

bina ucdu bina ucdu

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN