Hansı metro stansiyalarında ticarət obyektləri söküləcək?

0
599

metro-obyekt

“28 May” metor stansiyasının adı siyahıda yoxdur.

Bakı Metropoliteninin stansiya və keçidlərində sökülməsi nəzərdə tutulan ticarət obyektlərinin sayı məlum olub.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir, metronun “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək.

Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür.

Ticarətçilərə alternativ olaraq  “Yaşıl”, “Şərq”, və Keşlə bazarlarında, “Günəş” və AMAY ticarət mərkəzlərində yerlər təklif olunub.

Siyahıda metronun “28 May” stansiyasında heç bir obyektin sökülməyəcəyi qeyd olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev açıqlamasında söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib.

R. Hacıyev onu da bildirib ki, hazırda metronun “28 May” stansiyasında yeraltı keçidində heç bir ticarət obyekti fəaliyyət göstərmir: “Əvvəllər “28 May” stansiyasında ticarət obyektləri olub, lakin metronun təmirindən sonra yığışdırılıb. Ona görə də orada söküləcək obyekt yoxdur”.

R. Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərin sökülməsi isə nəzərdə tutulmur: “Çünki onların metro ilə əlaqəsi yoxdur. Bizə verilən tapşırıq Metropolitenin ərazisində, keçidlərdə, metronun giriş və çıxışlarında olan ticarət obyektlərinin sökülməsi ilə bağlıdır”.

Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib.

Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qərarını dəyişməyib.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here