Hövsandan olan “seksual manyak” kimdir? – Yeniləndi – [hadisə]

0
742

manyak32 yaşlı kişi küçədə öz cinsiyyət orqanını qadınlara göstərir.

Bakının Hövsan qəsəbəsinin sakinləri sakit yata bilərlər. Onların şəxsi təhlükəsizliklərinə görə narahat olmaq üçün heç bir səbəbləri yoxdur, çünki qəsəbədə seksual manyak peyda olmayıb.

Moruq.Net xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.

Qeyd edək ki, lent.az informasiya saytı məlumat yaymışdı ki, Hövsan qəsəbəsində qadınlara hücum edən şəxs 10 günə yaxındır ki, sakinləri həyəcan içində saxlayır.

Bildirilir ki, 30-35 yaşlı bu adam günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edir, onları yerə yıxıb seksual xarakterli hərəkətlər edir. Bu azmış kimi, o etdiyi hərəkətləri və təcavüz etdiyi qadınları telefonun kamerası ilə lentə alır.  Bundan başqa həmin şəxs qadınlara yaxınlaşaraq yaxından onların şəkillərini çəkir. Bu yolla da o, qadınları qorxudur və şantaj edir.

Bundan başqa, bildirilirdi ki, artıq məsələ ilə bağlı ciddi araşdırmalara başlanıb. Hövsan qəsəbəsini həyəcan içində saxlayan şəxsin kimliyi də müəyyən edilib. Bəlli olub ki, bu, 32 yaşlı H.Ə-dir. Hazırda toplanmış materiallar əsasında cinayət işinin açılmasına hazırlıq gedir və yaxın günlərdə məsələ ilə bağlı cinayət işi açılacaq.

Lakin Suraxanı RPİ-dən seksual manyak və onun guya qadınlar arasında yaydığı qorxu haqqında eşidərkən çox təəccübləndilər. Məlum oldu ki, qəsəbə sakinləri seksual manyak dedikdə ruhi xəstə olan 32 yaşlı gənci nəzərdə tuturmuşlar.

“Onunla bağlı şikayət iki həftə əvvəl daxil olub. Araşdırma aparılarkən müəyyənləşib ki, bu küçədə qadınlara öz cinsiyyət orqanını göstərməklə onların diqqətini cəlb edir. Lakin o, qadınlara hücum etmir və heç kimi zorlamır. Yoldan keçən qızları mobil telefona çəkir. Onları qıcıqlandırır. Lakin bütün bunlar cinayət işinin qaldırılması üçün kifayət qədər əsas deyil. Bu insan psixolioji ekspertizaya göndərilib, bundan sonra onun barəsində məcburi müalicə haqqında tədbir görüləcək” – deyə, Suraxanı RPİ-dən bildiriblər.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here