Hövsandan olan seksual manyak tutuldu [video]

0
584

Təqsirləndirilən şəxsi orta məktəbin həyətində tutublar.

Bakıda böyük rezonansa səbəb olan seksual manyak həbs edilib.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov məlumat verib.

Onun sözlərinə görə, 32 yaşlı Hacıbaba Bayram oğlu Əhmədov tutularaq istintaqa cəlb edilib.

Bir neçə gün əvvəl Bakının Hövsan qəsəbəsində seksual manyakın peyda olması barədə polisə məlumat daxil olub. Həmin şəxs günün müxtəlif saatlarında və axşamlar küçə ilə tək gedən qadınlara hücum edib, şəkillərini çəkib.

Həmin fakta görə, Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, təkrar törədildikdə) maddəsi ilə iş başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Rayon prokurorluğundan bildirilmişdi ki, Hacıbaba Əhmədovun hərəkətləri barədə Suraxanı rayon 30-cu polis bölməsinə 5 ərizə daxil olub. Ümumilikdə isə onun əməlindən 8 nəfər şikayət edib.

Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində orta məktəbin həyətində var-gəl edərkən yaxalanıb. O, bölmədə dindirilən zaman seksual xarakterli hərəkətlər etdiyini etiraf edib. Əsasən qadınları arxadan qucaqladığını təsdiq edən Əhmədov ictimai nəqliyyat vasitələrində onların şəkillərini cəkdiyini təsdiqləyib.

Hacıbaba Əhmədovun son illər əsəb pozğunluğundan əziyyət çəkdiyi bildirilir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here