Maliyyə Nazirliyi Azərbaycanın dövlət borcunu açıqladı

0
612

maliyye nazirliyi

Ölkəmiz bu sahədə bir çox dövlətləri qabaqlayıb.

01 yanvar 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 4,753,2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,2% təşkil edib.

Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata əsasən, Azərbaycan  bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.

Məlumata görə, bu nisbət Türkiyədə 36%, Rusiyada 14,1%, Gürcüstanda 32,9%, Macarıstanda 79,8%, Slovakiyada 34,3%, Çexiyada 40,2% olub.

Kredit vəsaitlərinin 8,1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

01 yanvar 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 11,7%, valyutalar üzrə isə ABŞ dolları ilə – 47,1%, avro – 28,8%, yapon yeni – 9,5%, digər valyutalar üzrə isə 2,9%, o cümlədən BƏƏ dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankı.

Əsasən Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə elektrik stansiyalarının tikintisi və bərpası, yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, aviasiya və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və energetika və s. sahələrə sərf edilib.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here