Milla Yovoviçin Bakıda çəkilən reklam çarxı [video]

0
705

Milla Yovovich (1)

2014-cü ilin ilk ayında efirə buraxılıb.

Hollivud ulduzu Milla Yovovich bir neçə ay öncə Bakıya reklam çəkilişləri üçün təşrif buyurmuşdu.

Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, yerli şirkətlərdən biri üçün çəkilən reklam roliki artıq hazırdır.

Amerikanın A-class ulduzu Milla Yovovich beynəlxalq səviyyədə şöhrəti “The Fifth Element”, “Resident Evil” və “Return to the Blue Lagoon” filmlərindəki rolları sayəsində qazanıb.

O, bir çox məşhur dünya brendlərini tanıdıb və onlar üçün modellik edib. İndi musiqi layihələri və öz prodüser şirkətinə xüsusi diqqət ayırmaqla yanaşı, özünün aktyorluq karyerasını davam etdirir.

Milla Yovovich dörd gün ərzində Azərbaycanın tarixi və müasir yerlərində “Milla” brendi üçün imic kampaniyasında çəkilib. Reklam çarxının bu payız TV-də yayımlanacağı gözlənilsə də, 2014-cü ilin ilk ayında efirə buraxılıb.

Milla Yovovichin çəkildiyi reklam çarxını, eləcə də çəkilişdən bəzi fotoları sizə təqdim edirik.

Milla Yovovich (2) Milla Yovovich (3) Milla Yovovich (4)

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here