Moskvadakı ixtişaşlara səbəb olan Orxan Zeynalov həbs edildi [video]

0
676

Orxan Zeynalov

Orxan Zeynalov 10 ildən çox Rusiyada yaşayır.

Rusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılıb və vertolyotla Moskvaya gətirilib.

Moruq.Net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda onun Moskva ətrafı vilayətdə saxlanıldığı bildirilib.

Məlumatda onun Moskva ətrafı vilayətdə, Kolomna şəhərində saxlanıldığı bildirilib.
Orxan Zeynalov saxlanılan zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Rusiya Təhqiqat Komitəsi 1982-ci il təvəllüdlü Orxan Zeynalovun 10 ildən çox Rusiyada yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu və alkoqollu içkiyə meylli olduğunu bəyan edib.

Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub.

Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib.

Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here