Müqəddəs Qurban Bayramınız Mübarək!

0
761
Müqəddəs Qurban Bayramınız Mübarək!

Bütün Azərbaycan Xalqını, xüsusilə də saytımızın İstifadəçilərini Müqəddəs Qurban Bayramı Münasibətilə təbrik edirik. Bütün kəsilən Qurbanları Allah Taala qəbul eləsin. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Odur ki, saf və pak niyyətlə, Allah yolunda qurban kəsin ki, Allah Taala bəlkə gübnahlarınızı bağışladı.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here