Nəqliyyat Departmaneti əməkdaşlarının özbaşınalığı [video]

0
694

Neqliyyat Departamenti

Son zamanlar mənim də şahidi olduğum lakin çox təəssüf ki, lentə ala bilmədiyim bir-çox belə hadisə olub. Nəqliyyat Departamenti əməkdaşılarının özbaşınalığı ATV Xəbər vasitəsilə ictimailəşdi. Videoda görülən hadisələr hər gün Şəhərin müxtəlif yerlərində baş verir. Mülki geyimdə taksiləri, yük maşınlarını saxlayaraq, onlardan zorla sənəd və ya maşının açarlarının alınmasının şahidi olmuşuq. Biri sol tərəfdən yaxınlaşıb sürücünün başını qatır, digəri isə sağ tərəfdən əlini atıb maşının açarlarını çıxardır. Sonra isə avtomobili zorla ya cərimə meydançasına aparırlar, ya da ki, külli miqdarda rüşvət tələb edirlər. Bütün bu özbaşınalıqlara son qoyulması tərəfdarıyıq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here