Xilasedicilər cəsədləri avtomobildən çıxarıb.
Paytaxtın 20 Yanvar dairəsində dəhşətli qəza baş verib.
Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, 01 BL 554 dövlət nömrə nişanlı “Daewoo Nexia” tuneldən çıxaraq qarşısındakı “Shagman” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə sürücü və 3 nəfər sərnişin ölüb. Hadisə yerinə gəlmiş FHN-nin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Onu da qeyd edək ki, yük avtomobilini tuneldə saxlayan Nəqliyyat Departamentinin işçiləri olub.