Ramazan bayramında bu avtobus marşrutları pulsuz olacaq [Siyahı]

0
925

Avtobuslar pulsuz olacaq

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibətilə sosial aksiyaya başlanğıc verib

NİİM-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ramazan bayramının ilk günü – avqustun 8-də saat 06:00-dan 24:00-a qədər Bakıda ictimai nəqliyyat xidmətləri pulsuz olacaq. Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər.
Aksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək. Bu aksiya ilk dəfə olaraq NİİM tərəfindən həyata keçirilir. Mərkəz bu kimi aksiyaların davamlı olmasını və gələcəkdə də ənənə halına gəlməsini ümid edir. NİİM-in bu təşəbbüsünü “Transqeyt” MMC və “Çinar Trans” MMC dəstəkləyərək aksiyaya qoşulub.
Qeyd edək ki, sərnişinlər 8 avqust tarixində aşağıda nömrələri qeyd olunan avtobus marşrutlarından ödənişsiz istifadə edə biləcəklər:
-1-, -6-, -9-, -10-, -14-, -20-, -25-, -32-, -40-, -59-, -69-, -86-, -90-, -95-, -96-, -100-, -101-, -107-, -120-, -125-, -131-, -132-, -141-, -150-, -173-, -175-, -187-, -189-, -195-, -197-, -13-, -88-, -133-, -165-, -170-, -179-, 202

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here