Sumqayıtda məktəblilər əlbəyaxa oldular [video]

0
889

Davanı izləyən şagirdlərdən heç biri onlara müdaxilə etməyib.

Sosial şəbəkələrdə Sumqayıtda məktəblərdən birində baş vermiş davanın görüntülərini əks etdirən video yayılıb.

Moruq.Net Oxu.Az-a istinadən xəbər verir ki, videodan münaqişənin Cavid adlı bir şagirdlə digəri arasında baş verdiyi görünür.

Bildirilir ki, şagirdlər 8-ci sinifdə təhsil alırlar.

Onların arasında qarşılıqlı təhqirlərlə müşayiət olunan mübahisə, daha sonra əlbəyaxa davaya çevrilir.

Diqqəti çəkən digər bir məqam isə, onları izləyən şagirdlərin davaya müdaxilə etməmələridir. Belə ki, digər şagirdlər yalnız baş verən hadisəni telefonun kamerasına çəkir və əlbəyaxa olan məktəbliləri sözlərlə təhrik edirlər.

Həmin görüntüləri təqdim edirik.

Qeyd edək ki, videoda təhqiramiz ifadələrə yol verilib.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN