Ukraynalı general Azərbaycanda vəzifəyə təyin edildi [xəbər]

0
516

mudafie-nazirliyi

Ramiz Tahirov isə müdafiə nazirinin müavini vəzifəsini tutub.

Azərbaycan Müdafiə Nazirliyində həyata keçirilən kadr islahatları çərçivəsində Silahlı Qüvvələrin keçmiş zabiti, general-mayor Aleksandr Vasyak vəzifəyə təyin olunub.

Moruq.Net APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyi verdiyi məlumata görə, ordudan ehtiyata buraxıldıqdan sonra Ukraynada yaşayan A.Vasyak bu günlərdə Bakıya çağırılaraq nazirliyin Daxili təhlükəsizlik idarəsinə rəis təyin olunub.

Qeyd edək ki, A.Vasyak 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Ağdərə əməliyyatında, eləcə də sonrakı dövrlərdə bir sıra döyüşlərdə iştirak edib. Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi və Hərbi Elmi Mərkəzdə çalışıb.

Daha sonra, general-mayor Ramiz Tahirov Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

R.Tahirov Müdafiə Nazirliyində vəzifəsinin icrasına başlayıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here