Ukraynalılar eBay-da bombardmançı təyyarə satırlar [Foto]

0
990

ebay tu-95

İlkin qiymət 3 milyon dollar göstərilib.

eBay internet-hərracında Ukraynaya məxsus Tu-95MS markalı strateji bombardmançı təyyarə satılır.

Moruq.Net Oxu.az-a istinadən xəbər verir ki, satıcılar lotun uçuşa hazır olmadığını yazıblar.

Onun təmirə ehtiyacının olub-olmadığı vurğulanmasa da, lotun qiymətini nəzərə alanda, belə ehtimalın az olduğunu düşünmək olar.

Belə ki, təyyarənin ilkin qiyməti 3 milyon dollar göstərilir.

Satıcı yazır ki, təyyarə silahsızlaşdırılıb, onun bütün sənədləri hazırdır və alıcıya göndərilə bilər. Lot satışa simon_xii adlı istifadəçi tərəfindən çıxarılıb. Satıcı haqqında məlumatında onun Ukrayna, İsveçrə və Almaniyada nümayəndəliyə sahib şirkət olduğu göstərilir.

Bildirilir ki, təyyarə 1987-ci ildə buraxılıb. 5 min saat uçuş ehtiyatı olan təyyarə 454 saat havada olub.

Satıcı təyyarənin Nikolayev yaxud Odessa limanlarınadək çatdırılmasını öhdəsinə götürəcəyini bildirir. Oradan təyyarəni aralarında Azərbaycan, Ermənistan, Kipr, Belarus, Bosniya və Hersoqovina, Afrika və Mərkəzi Amerika dövlətləri, bir sıra başqa ölkələr istisna olmaqla, dünyanın istənilən nöqtəsinə göndərmək olar. Lot martın 15-dək eBay-da olacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here