Uruqvayda marixuanaya rəsmi olaraq icazə verildi

0
930

mariuxana

Uruqvay dünyada ilk dəfə olaraq marixuana satışına icazə verdi. İndi latın amerikası ölkəsində onu almaq, satmaq və becərmək qanun çərçivəsində mümkündür.

Marixuananın leqallaşmasına ölkə hakimiyyəti qərar verib: lehinə 16, əleyhinə isə 13 senator səs verib. Qərarın əsas məqsədi narkotika alveri ilə məşğul olan kriminal qruplaşmaların alverini öldürməkdir.

18 yaşdan yuxarı hər bir kannabis aludəçisi hər ay maksimum 40 qr marixuananı həkim resepti ilə əldə edə bilərlər. Onlar xüsusi bazada qeydiyyatdan keçməlidirlər ki, aylıq normaları düzgün hesablana bilsin. Ölkə prezidenti Xose Muxikanın sözlərinə görə bu qərar insanların daha ağır narkotiklərə keçməsinin qarşısını alacaq.

Marixuananın qiyməti isə 1 qram üçün 1 dollar olacaqdır. Əcnəbilər isə bu qərardan yararlana bilməyəcəklər. Həmçinin marixuananı evdə də yetişdirməyə icazə verilir, amma bir insan üçün ildə 6 koldan artıq olmaz. Əgər 15-45 nəfərdən ibarət xüsusi klub yaradılarsa onlara ildə 99 kol əkməyə icazə verilir.

Bəzi ölkələrdə də marixuananı becərmək və ya şəxsi istifadə üçün almaq olar. Xüsusi qanunlar bu ölkələrdə də qüvvədədir: Hollandiya, Çexiya, İspaniya, Portuqaliya, Kanada və ABŞ-ın bəzi ştatlarında.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN