Qızıl mağazasını qarət edərkən uşağı öldürdü [video]

0
466

Silahlı kişi qızıl dükanını qarət edərkən aralarında iki yaşlı uşaq olmaqla, üç nəfəri öldürüb. Dəhşətli hadisə Tailandda, Banqkok yaxınlığında baş verib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Daha üç yaralı xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, maskalı şəxs əvvəlcə mühafizəçini güllələyib, sonra isə ətrafa atəş açmağa başlayıb. Hadisə yerindən qaçmazdan əvvəl isə o, qızıl-zinət əşyalarını da özü ilə aparıb.

Cinayətkarın axtarışına başlanılıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here