Xaçmazda şagirdlərin intihar səbəbləri [foto+yenilənib]

5
2610
xacmazda intihar
Xaçmaz rayonunda intihar edən 10-cu sinif şagirdləri 22.08.1998-cil il təvəllüdlü Quliyev Vasif Yaşar oğlu və 27.05.1997-cil təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızı dəfn ediliblər.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hər iki yeniyetmənin ailəsi ilkin dindirilmədə uşaqlarının sevgisindən xəbərsiz olduqlarını bildiriblər.
Nərgizin Vasifi sevdiyindən məlumatlı olmayan valideynləri, qızlarını Ukraynada yaşayan qohumları ilə nişanlayıblar. Nərgizin valideynlərinin bu addımı yeniyetmələri çıxılmaz vəziyyətə salıb. Onlar intihar etməklə valideynlərini cəzalandırmaq qərarına gəliblər.
Xaçmaz rayonunda asılmış vəziyyətdə meyitləri tapılmış iki məktəblinin intihar etmələri ilə bağlı şübhəli məqamlar üzə çıxıb.
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Gənclərin intiharı ilə bağlı şübhəli məqamlardan biri yeniyetmələrin cəsədləri aşkarlanarkən Quliyev Vasif ağacdan asılı vəziyyətdə olduğu halda, Tağıyeva Nərgizin yerdə uzanmış vəziyyətdə olması polisdə şübhələr yaradıb. Nərgizin boynundakı boğluma izləri onun başqası tərəfindən öldülməsi ehtimalının meydana çıxmasına səbəb olub.
Başqa bir məqam da yenitemələrin hər ikisinin qolunda kəsiklər olmasıdır.
İntihar etməmişdən əvvəl gənclərin yanında olan Amin adlı oğlan isə onların kiminsə tərəfindən boğulması ilə bağlı yaranan şübhələrin əsassız olduğunu söyləyib.
Üzə çıxan başqa bir məqam isə intihar edən yeniyetmə Vasif Quliyevin atasının Xaçmaz Rayon Polis İdarəsinin polis leytnantı Yaşar Quliyevin oğlu olmasıdır.
Xaçmaz Rayon Prokurorluğunda gənc qızın və oğlanın ölümü ilə bağlı cinayət məcəlləsinin 120,1 və 125-ci maddələri ilə cinayəti işi açılıb. Araşdırma aparılır.
Qeyd edək ki, bir neçə saat öncə, Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov isə ANS PRESS-ə açıqlamasında, intiharının səbəblərinin məlum olduğunu deyib. Onun sözlərinə görə, gənclər sevgili olublar və ayrılmamaq üçün intihar ediblər: “Gənclər 10-cu sinif şagirdləri olublar və paralel siniflərdə oxuyublar. Ailəsi qızı Rusiyada yaşayan qohumları ilə nişanlayıb. Daha sonra gənclər ayrılmamaq üçün intihara əl atıblar. Gənclər birlikdə meşə massivinə gediblər. Onların yanında oğlanın sinif yoldaşı Amin adlı şəxs də olub.
Amin gənclərin intihar etmək niyyətlərini başa düşəndə onlara yalvarıb ki, bu yoldan dönsünlər. Hətta Amin sinif yoldaşlarını intihar fikrindən daşındırmaq üçün qolunu yaralayıb. Amma sevgili olan gənclər onu aldadıblar və evə yola salıblar. Evə gələn Amin hadisələri öz ailəsinə və gənclərin ailəsinə danışıb. Valideynlər meşə massivinə gəliblər və orada gənclərin asılmış vəyiyyətdə olan meyitləri qarşılaşıblar. Oğlanın belində olan dəri kəmərlə, qızın isə parça kəmərlə özlərini asdıqları məlum olub”.
Xatırladaq ki, intihar hadisəsi ilə bağlı fakt ötən axşam 20:00 radələrində aşkar edilib. Meyitləri tapılanlar Xaçmaz şəhər sakini 22.08.1998-cil il təvəllüdlü Quliyev Vasif Yaşar oğlu və 27.05.1997-cil təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızı olub. Onlar Xaçmaz şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdləridir.

5 ŞƏRH

  1. bu cixish yolu deyil. men Vasifin ailesini taniyiram.terbiyeli ve en numunevi ailedir.Ana ve atani bele dehsete ducar etmek olmaz.

  2. Ay bedbext sevirsen lap yaxşı,ölümü göze ala bilirsen,ama qaçırda bilmirsen?meşeye gelmisen ordan işini gör qızın qolunnan tut apar evine fso mesele hell oldu

FİKRİNİZİ BİLDİRİN