Xaricdən mal gətirən fiziki şəxslərin rüsumu dəyişdi [sosial]

0
714

rüsumAvtomobil yanacağı, siqaret və alkoqollu içki həcmi dəyişməyib.

Nazirlər Kabineti oktyabrın 14-də fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. Sənədin bir hissəsi 27 oktyabrda mətbuatda verilib və bir ay sonra qüvvəyə minir.

Moruq.Net Oxu.aza istinadən xəbər verir ki, sənədin tam mətni “Azərbaycan”  qəzetinin saytında verilib.

Əgər əvvəl vətəndaşlar rüsum ödəmədən 1000 ABŞ dolları (şəxsi əşyalar nəzərə alınmadan) məbləğində mal keçirə bilirdisə, indi bu məbləğ 1500 ABŞ dolları, müşayiət edən hər bir ailə üzvü isə əlavə 500 ABŞ dolları keçirə bilər. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və ya eynicinsli malı keçirə bilər.

Azərbaycandan olan fiziki eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1 000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan poçt göndərişi mümkündür. Əvvəllər bu rəqəm 200 ABŞ dollar idi. Avtomobil yanacağı, siqaret (600 ədəd) və alkoqollu içki (3 butulka) həcmi dəyişməyib. Həmçinin şəxsi ehtiyac üçün dərman preparatları və 10 kq ərzaq götürmək olar. Azərbaycanda 125 qramdan çox olmamaqla nərə balığı aparmağa icazə verilir.

Mütləq bəyannamədən keçməli olanlar:

-Normadan artıq mal;

-Müşayiət olunmayan baqajdakı mallar;

-Avtonəqliyyat vasitələri;

-1 500 ABŞ dollarından baha qiymətli metal və daşlar;

-10 000 ABŞ dolları ekvivalentindən çox valyuta və qiymətli kağızlar.

Nazirlər Kabineti Mərkəzi Banka tövsiyə edib ki, valyutanın gətirilməsi və çıxarılması qaydalarına müvafiq dəyişiklik etsin.

Fiziki şəxslər gömrük ödənişini bank, poçt və ya plastik kartla həyata keçirə bilər.

Kəhnə qaydalar 2001-ci ildən qüvvədə idi, o vaxtdan Azərbaycanda ABŞ dollarının alıcılıq qabiliyyəti azalıb.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN