Yanvarın 1-dən benzinin qiyməti qalxır – [Rəsmi + Video]

0
702

benzin“Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb”.

Gələn il yanvarın 1-dən “Avro-3”ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var.

Moruq.Net SalamNews-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

“Biz “Avro-3”ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə “Avro-4”, “Avro-5” standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır”.

Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib:

“Avro-3” standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir”.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here