Yeni Blackberry 10 standart tariflərlə işləyəcək

0
759

blackberry10

Artıq Blackberry şirkəti çoxdandır səbirsizliklə gözlədiyimiz yeniliyi etdi. Əvvəlki Blackberry modellərində ciddi bir çatışmamazlıq var idi. Onların tam işləməsi üçün xüsusi tarif planı əldə edilməli idi. Məsələn Azercell bu planı ayda 10 manata, Backcell isə 8 manata müştərilərinə təklif edirdi. Blackberry-nin işləməsi üçün Mobil Operator şirkəti Kanada şirkəti ilə müqavilə bağlamalı və əldə olunan telefonları xüsusi tarif planı ilə satmalı idilər.

Problem onda idi ki, əgər siz bu xüsusi tarif planına qoşulmasanız onda Blackberry smartfonlarında bəzi internet proqramları işləmiyəcəkdi. Amma Blackberry 10 ƏS çıxdıqdan sonra bu problem öz həllini tapıb. Yeni Z10Q10 modelləri standart tarif planları ilə işləyir. BlackBerry Internet Service və BlackBerry Enterprise Server kimi xidmətləri aktiv etməsəniz belə smartfonlardan tam istifadə edə biləcəksiniz.

Blackberry fanatları üçün bu çox gözəl xəbərdir. Çünki artıq smartfondan tam istifadə etmək üçün Azercell və ya Bakcell-ə ayda müəyyən miqdarda pul ödəməyəcəklər.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here