Yüz minlərlə çeçen Məhəmməd Peyğəmbərə (s.a.s) sevgilərini ifadə edirlər [foto]

cecenistan“Siz başa düşmürsüz ki, biz öz peyğəmbərimizi necə sevirik”.

Bazar ertəsi səhər saatlarından Qroznıda (Çeçen Respublikasının paytaxtı, Rusiya Federasiyası) “Çeçenistanın ürəyi” məscidinin qarşısında dini karikaturalara qarşı mitinq başlayıb.

“Məhəmməd peyğəmbərə sevgi” adlı aksiyaya bütün Şimali Qafqaz respublikalarının sakinləri qatılıblar.

Mitinq iştirakçılarının sayı barədə rəsmi məlumat olmasa da, çeçen prezidenti Ramzan Kadırov 1 milyon insanın küçələrə çıxacağını söyləmişdi.

“Rossiya – 24” telekanalının canlı yayımladığı aksiyanı Çeçenistan prezidenti R.Kadırov giriş sözü ilə açıb.

O, Məhəmməd peyğəmbərə qarşı karikaturaların çap olunmasını dərhal dayandırmağı, həmçinin dindarların hisslərini təhqir etməməyi tələb edib.

Kadırovun sözlərinə görə, Qroznıdakı aksiya zorakılığa yox, sülhə çağırır.

“Atəş açanları və karikaturaları ilə buna bəhanə yaradanları pisləmək əvəzinə, Fransa rəhbərliyi qan tökülməsinə aparacaq şüarlarla küçə şousu təşkil etdi. O aksiyada prezidentlər, baş nazirlər və krallar iştirak etdilər”, – deyə, Kadırov bəyan edib.

Mitinq günorta namazı ilə başa çatacaq.

Yanvarın 19-u Çeçenistanda qeyri-iş günü elan edilib.

cecenistan (1) cecenistan (2) cecenistan (3) cecenistan (4) cecenistan (5) cecenistan (6) cecenistan (7) cecenistan (8) cecenistan (9) cecenistan (10) cecenistan (11) cecenistan (12) cecenistan (13)

ATTILA

Qapımız hər kəsə açıqdır!

Tövsiyə olunan məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir