Yuxu yozmaları – Ö

1
4550

yuxu

ÖVLAD – Qız övladı işlərin yaxşı gedəcəyinə işarədir.  Ananın qız övladını görməsi – darlıq və sıxıntıdır.

ÖVLİYA – Mələk övliya kimi müqəddəs varləqları röyada görək həmişə xeyrə işarədir, böyük bir xöşbəxtliyi və var-dövləti müjdələyir.

ÖD KİSƏSİ – Öd kisəsinin yuxuda şişdiyini görmək – son günlər işləriniz və səhətiniz bir az pozulacaqdır.

ÖDƏMƏK – Yuxuda bir borcunu ödəmək röya sahibinin gördüyü dünyamiqyaslı işlərdə maneələr və çətinliklər aradan qalxacaqdır. Bu röya, eyni zamanda, ianəyə, şahidliyə, günahları yumağa və həccə getməyə də işarə sayılır.

ÖYÜNMƏK – Röyada öyündüyünü görən adam var-dövlət və yaşayış sarıdan çox zəngindir.

ÖKÜZ – fərəhə, var-dövlətə yozulur. Röyada öküz görmək – bir əşirət və ailənin, bir evin, şəhərin və kəndin işlərini boynuna alan, idarə edən adama işarədir. Öküzə minmək – bolluq və ucuzluq əlamətidir. Yuxuda öküz hökmdar, böyük adam simvoludur. Bəyaz öküzü görən adam xeyirxah işlər görər. Öküz röyada sahibini buynuzlarsa, o adam Allahın qəbzinə gələr. Öküz əti yemək – var-dövlətdir. Röyada öküzü çox buynuzlu görən kimsənin ömrü-günü yoxluq içində keçər. Alaca öküz – nəşə və sevincə. Qara öküz – ucalığa, xəstəlikdən şəfa tapmağa yozulur. Yuxuda öküz bəzən də, axmaqlığı, cəhaləti ifadə edir.

ÖGEY – Röyada ögey ana, ata, yaxud yaxud qardaş görmək – cansıxıcı bir xəbər alacağınıza yozulur.

ÖPÜŞ – Yuxuda öpüşən uşaqlar görmək ailədə xoşbəxt barışıq və işdə məmnunluğa işarədir. Yuxuda ananızı öpmüsünüzsə, sizi işdə, sevgidə uğur və dostlarınızın hörməti gözləyir. Yuxuda qardaş və ya bacınızı öpmüsünüzsə bu gələcək məmnunluqlar və mehriban dostluğa işarədir. Sevgilinizi qaranlıqda öpmüsünüzsə bu, təhlükə və rüsvayçılıq əlamətidir, işıqlıqda öpmək o deməkdir ki, qadınlara qarşı alicənab xasiyyətinizi dəyişməyəcəksiniz. Yuxuda tanımadığınız qadını öpmək əxlaqsız hərəkətlərə işarədir. Yuxuda rəqib sizin sevgilinizi öpübsə, həyatda onun hörmətini itirmək təhlükəniz var. Evlilər yuxuda bir-birlərini öpüblərsə, bu, onların evindən heç zaman əskik olmayacaq mənəvi birliyə işarədir. Yuxuda düşməninizi öpmüsünüzsə, bu onunla uğurlu barışığa işarədir. Gənc qız yuxuda  sevgilisi ilə öpüşəndə qəflətən yaxalanıbsa, bu real həyatda yaxın dostları tərəfindən ona qarşı ədəbsiz, kobud hərəkətlərə işarədir.

ÖPÜŞMƏK – Öpüş şübhəsiz ki, gənc sevgililərlə assosiasiya edilir.Təsəvvürdə dərhal metronun eskalatorunda  öpüşən iki yeniyetmə canlanır. Siz öpüşə, başqalarının necə öpüşdüyünə baxa bilərsiniz və ya sanki sizi kiminsə öpdüyünü xəyal edə bilərsiniz. Yuxuda başqasını öpməklə kiməsə qarşı öz seksual istəklərinizi həyata keçirə bilərsiniz. Belə olan halda bu yalnız öpmək üçün öpüş deyil, sevginin enerjisini hiss etmək məqsədilə öpüşdür.Öpüş – ehtirası oyatmaq istəyini ifadə edir. Başqalarının öpüşdüyünü görmüsünüz?  Bu o deməkdir ki, siz bu insanların şəxsi həyatı haqqında çox şey bilirsiniz və ya onların həyatında fəal iştirak edirsiniz.İstisan hal ondan ibarətdir ki, siz tərəf müqabilinizin başqası ilə öpüşdüyünə şahid olursunuz – bu münasibətlərdə etibarsızlığa aydın nümunədir. Yuxudan elə oyanırsınız ki, sanki kimsə sizi öpmək istəyir? Bu sizin kiməsə qarşı ehtiras istəyinizdən irəli gəlir.Adətən öpüşə qədər yuxudan oyanırsınız.Səbəb- qadağa hissidir.Siz öpüşmək istəyirsiniz, lakin bilirsiniz ki, bu arzuolunmazdır. Öpüşərkən nə hiss edirsiniz? Xoş hisslər yoxsa təhlükə? Öpüşdən sonrakı təəssüratlarınız: nifrət, romantik hisslər yoxsa ehtiras?

ÖLÜM – Röyada öldüyünü görmək – dini baxımdan suçlu olmağa və əxlaqi pozğunluğa işarədir.
– Yuxuda öldüyünü, çiyinlərdə qəbiristana götürüldüyünü, lakin hələ dəfn edilmədiyini görmək – röya sahibinin ucalacağım və yüksək bir mövqeyə çatacağını göstərir.
– Röyada dəfn edilmiş olduğunu görən adam xeyir tapmaz, tövbə etmədən ölər.
– Öldüyünü və qəbirdən çıxdığını görənə tövbə nəsib olar.
– Yuxuda ölmək, bəzən də evlənməyə yozulur.
– Öləndən sonra da yaşadığını görən kimsə yoxsulluqdan qurtulub zəngin olur və ya günahlarından təmizlənir.
– Röya sahibi müsafirdirsə -sağ-salamat vətəninə dönəcək.
– Röyada ölmək – böyük bir günahdan peşmanlıq duymaqdır.
– Xəstələnmədən öldüyünü görən adamın ömrü uzun olur.
– Bir şeydən qorxan və üzüntü içində olan adamın öldüyünü görməsi – xeyrə, xəstə adamın öldüyünü görməsi – xəstəlikdən qurtulmağa yozulur.
– Röyada bir ölünün əlindən tutmaq – röya sahibinin əlinə ümidini üzdüyü bir yerdən mal keçəcək.
– Tanıdığınız bir ölünün yuxuda sizi öpməsi – o ölü və ya onun varisləri tərəfindən bir xeyrə qovuşacaqsınız.
– Röyada anasının öldüyünü görmək – yaşayışınızı təmin edən peşəniz daha heç nəyə yaramır deməkdir.
– Cənazə üstündə namaz qıldığını görən adam zərərə düşər və ya vəziyyəti pisləşər.
– Həyat yoldaşının öldüyünü görmək – yaşayışınızı təmin edən peşəniz daha heç nəyə yaramır deməkdir.
– Cənazə üstündə namaz qıldığını görən adam dinsiz birisinə vasitəçilik edərək ona köməklik göstərəcəkdir.
– Röyada bir ölüdən bir şey almaq – ruzinizin artmasına işarədir.
– Yuxuda ölüm – yoxsul üçün zənginliyi, zəngin üçün yoxsulluğu ifadə edir.
– Dindar adam üçün şana, şərəfə və ya tənhalığa qapılmağa da yozulur.

ÖLÇMƏK – Yuxuda hər hansı bir şeyi ölçmək – tasadan, qayğılardan qurtuluşa, yaxud kilo ilə ölçülən taxıl, buğda kimi məhsullara işarə sayılır.
ÖNLÜK – Röyada kirli bir önlük geymək – yaxın vaxtlarda təzə paltarlar geyəcəksiniz.
– Önlük yamamaq – yeni bir eşq macərasının qəhrəmanı olacağınıza əlamət sayılır.

ÖPÜŞ – Röyada birisini öpmək – ehtiyaclardan qurtarmağa və düşmənə qalib gəlməyə yozulur.
– Yuxuda bir adamla öpüşmək və ya onunla qol-boyun olmaq – məqsədinizə nail olacaqsınız.
– Bir uşağı öpmək – röya sahibiylə həmin uşağın atası arasında olan dostluğa və sevgiyə işarə saydır.
– Sevdiyiniz birisinin dodağından öpmək – qısa vaxt ərzində əlinizə pul gələcək.
– Yanağından öpmək – sonra qazanacağınız pulu ifadə edir.
– Bir qadını öpmək – sevdiyiniz bir adam tərəfindən sevgi və mehribanlıq görəcəksiniz.
– Yaşlı bir qadını öpmək – ağzınızdan çıxan bir sözə görə üzr istəməli olacaqsınız.
– Bir gənci öpmək – içki qədəhi anlamındadır.
– Uşağınızın yuxuda sizi öpməsi – o uşaq həddi-buluğa çatmışsa, ailəyə arxa və kömək olacaqdır.

ÖRDƏK – Havada uçan və ya göldə üzən ördək – əmin-amanlıq içində yaşadığınıza və həyatınızdan məmnun olduğunuza işarədir.

ÖRTÜ – Röyada örtü görmək – pis nəticələr verə biləcək gizli bir işbazlıq planı qurmaqda olduğunuza işarə sayılır.

ÖRTÜK – (divan örtüsü) Xoş güzərana, sevincə, gözəl və xeyirxah həyat yoldaşına, oğul-uşağa işarə saydır.
– Örtük – əhdə, qəti, inamlı sözə, ortaqlıq qurmağa və əmin-amanlığa da yozula bilir.

ÖSKÜRMƏK – Aşağıdakı şəkildə yozulur: Öskürərək bəlğəm gətirmək – sıxıntıdan qurtulmaqdır. İstənilən halda öskürmək – bir fəlakət xəbərinə yozulur.
– Quru öskürək – fənalıq və ölüm işarəsidir.
– Uzun-uzadı öskürmək – pis xəbərdir. Kəsik-kəsik öskürmək – röya sahibinin soyuqladığını xəbər verir.

ÖTƏN GÜNLƏR – (keçmişlər) Ötən günləri, keçmişlərlə bağlı olayları röyada görmək – ötən günlərin həsrətini çəkmək, yəni sıxıntılar içində qalacaqsınız. Lakin çox keçmədən bu sıxıntılardan qurtulacaqsınız.

ÖHDƏÇİLİK – Röyada bir iş öhdəçiliyinə girmək – gözləmədiyiniz bir adamın xəyanətinə məruz qalacaqsınız.

ÖC ALMAQ – (qisas almaq) Röyada birisindən öc aldığını görmək – həyatda bəzi çətinliklərlə qarşılaşacaq və bu maneələri yenə bilmək üçün çox zəhmət çəkməli olacaqsınız.

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here